İdman 17:10 04.09.2022

"Kəpəz" yeni baş məşqçisini təqdim etdi

"Kəpəz"ə yeni baş məşqçi təyin edilib.

Qaynarinfo xəbər verir ki, komandanı Tərlan Əhmədov çalışdıracaq. Bu gün Gəncədə bununla bağlı rəsmi təqdimat mərasimi keçirilib. Onunla 1 illik müqavilə imzalanıb.

Tərlan Əhmədov baş məşqçi vəzifəsindən bir neçə gün əvvəl istefaya göndərilən Yaşar Vahabzadəni əvəzləyib.

Qeyd edək ki, Tərlan Əhmədov futbolçu karyaerası ərzində "Termist" (Bakı), "Neftçi", "Turan", "Terek" (Rusiya), "Qarabağ", "Anji" (Rusiya), "Fakel" (Rusiya), "Şəfa", "İstiqlal" (İranO), "Volın" (Ukrayna), "Karvan" və "Olimpik"də (Bakı) çıxış edib. O, "Xəzər Lənkəran" və "Neftçi"də məşqçki işləyib, AZAL (2014-2017), "Neftçi" (2017-2018) və "Keşlə" (İndiki "Şamaxı", 2018-2020) baş məşqçi olub.