İdman 09:17 18.05.2022

Komanda yoldaşının sevgilisinə göz dikən məşhurlar

Futbolçu ilə həyat yoldaşı və ya sevgilisi arasındakı münasibətlər unikal olduğu üçün qorunması vacibdir. Ancaq futbol təkcə gözəl oyundan, qalmaqallardan xali deyil. Məsələn bir çox futbolçu karyeralarının müəyyən nöqtəsində şirniklənərək komanda yoldaşlarının sevgililərinə belə göz salıb.

Qaynarinfo futbol tarixində ən vəfasız, hörmətsiz və komanda yoldaşına xəyanət edən futbolçuların bəzilərinin, daha doğrusu ən məşhurlarının siyahısını təqdim edir.

Mauro İkardi (Maxi Lopezin həyat yoldaşı)
 


Maxi Lopez Vanda Nara ilə evli idi və "İnter"in hücumçusu komanda yoldaşının arvadını qaçırmaq qərarına gələndə cütlüyün üç övladı var idi. İkardi indi hazırda başqasından da uşağı olan Vanda Nara ilə evlidir. "Torino” və "İnter" İtaliya çempionatında üz-üzə gələndə Maksi Lopez İkardinin əlini sıxmaqdan imtina etmişdi.

Tibo Kurtua (Kevin De Bröynenin sevgilisi)
 
 

"Çelsi”nin keçmiş qapıçısının 2012-ci ildə komanda yoldaşı belçikalı Kevin De Bröynenin nişanlısı ilə yatdığı məlum olub. Bröynenin sevgilisinin ən yaxın dostu ilə münasibətdə olduğu iddia edilib. Bröynedən küsən Karolina Linen onunla barışmaq üçün Kurtua ilə münasibət qurmuşdu. Ancaq görünür, münasibətlər fərqli yöndə irəliləyib.

Con Terri (Ueyn Bricin sevgilisi)
 


Terrinin o dövrdə komanda yoldaşı olan Ueyn Bricin həyat yoldaşı Vanessa Perronsel ilə sevgi əlaqəsi ingilis pərəstişkarlar tərəfindən unuda bilməzdi. Sonradan üz-üzə gəldikləri oyunların birində Bric Terrinin əlini sıxmaqdan imtina etmişdi. Bununla yanaşı millinin kapitanlıq sarğısı "Çelsi"nin müdafiəçisindən alınmışdı.

Cordan Ayu (Afriyie Aquaın həyat yoldaşı)
 


"Kristal Palas"ın formasını geyinən Ayu meydanda xarakterli bir oyunçu kimi görünsə də, onun Qana millisindəki komanda yoldaşı Afriye Aquanın həyat yoldaşı ilə dörd illik münasibəti olduğu müəyyənləşib. Ayunun Aquanın həyat yoldaşı Amanda ilə dörd illik münasibəti "YouTube"a sızan bir klipdə ortaya çıxmışdı.

Məsut Özil (Kristian Lellin sevgilisi)
 


Meydanda yaxşı oyunçu kimi görünsə də onun əks cinslə münasibətləri o qədər də ürəkaçan deyil. Kristian Lell, Özili 2014-cü ildə sevgilisi Melanie ilə romantik münasibətdə olmaqda ittiham edərək, ikisinin sosial mediada mesajlaşdığını bildirib.

Mixael Ballak (Kristian Lellin sevgilisi)
 


Mixael Ballak Almaniya millisində bütün zamanların ən böyük oyunçularından biri hesab olunur Ümumilikdə Almaniya yığmasında 98 oyuna çıxan futbolçu 42 qola imza atıb. O, "Bavariya" və "Çelsi" ilə yanaşı bir sıra böyük klublarda forma geyinib. Nə olursa olsun, Ballak həyatdan döyüşmədən keçən insanlardan deyildi. Ancaq almaniyalı komanda yoldaşlarından biri Kristian Lell sevgilisinin ondan hamilə qaldığını iddia etmişdi. Bu, 2010-cu ildə baş vermişdi. Ballak isə 2008-ci ildən Simon Lambe ilə evli idi. İndi onların ailələrindəki gərginliyi təsəvvür edirsiniz?

Səbuhi Həsənov