Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyi fiziki şəxs Abdullayeva Günel Yusif qızı ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, satınalma müqaviləsi bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqaviləyə əsasən, Komitə Abdullayeva Günel Yusif qızından ofis sahəsini icarəyə götürəcək və qarşılığında 18 min 680 manat 40 qəpik ödəyəcək.
Onu da bildirək ki, bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli yeni binası istifadəyə verilib.
Şərhlər