Dünya 17:57 17.05.2023

Kreml Finlandiyanın Rusiyadakı səfirlik və konsulluğunun hesablarını dondurdu

Rusiya Finlandiyanın ölkədəki diplomatik nümayəndəliklərinin hesablarını dondurub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Helsingin Sanomat" ölkənin Xarici İşlər Nazirliyinə istinadən yazır.

Nəşrin məlumatına görə, nazirlik Finlandiyanın Rusiyadakı diplomatik nümayəndəliklərinin hesablarının dondurulduğunu və istifadə edilə bilməyəcəyini təsdiqləyib. Söhbət Finlandiyanın Moskvadakı səfirliyindən və Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğundan gedir.

"Vəziyyət ciddidir və bu məsələ araşdırılır", - Finlandiya diplomatik departamenti bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya sərhədçiləri finlərin vizalarını ləğv etməyə başladığı barədə məlumat yayılmışdı.

Alpər