Ölkə 10:46 01.07.2022

Kürdə suyun səviyyəsi 36 sm enib

Bu gün saat 08:00-a olan müşahidəyə əsasən Kür çayında suyun səviyyəsi 353 sm təşkil edib.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, bu barədə Kür Qıraqkəsəmən məntəqəsindən verilən son məlumatda bildirilib.

Qeyd edilib ki, bu göstərici dünən səhər saat 08:00-da aparılan müşahidə ilə müqayisədə 36 sm azdır.