Asif Nərimanlı
phrase_var_qaynar. 23:16 05.02.2022

Laçın dəhlizinin yeni marşrutu istifadəyə veriləndən sonra...

Asif Nərimanlı
 
Laçın dəhlizinin yeni marşrutunun inşası davam edir: yeni marşrutun istifadəyə verilməsndən sonra hazırki dəhlizin keçdiyi Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəcək;

10 noyabr razılaşmasında yeni yolun üç il ərzində inşa edilməsi nəzərdə tutulur, lakin Prezident İlham Əliyev bunu iki il ərzində həyata keçirmək haqda düşündüklərini açıqlamışdı.

Şuşanın ermənilər yaşayan Böyük Qaladərəsi kəndinin qondarma "rəhbəri” David Davtyan "Azadlıq radiosu”nun erməni xidmətinə yeni yolun marşrut xəttini açıqlayıb.

Xankəndidən Ermənistana gedən yol: Kərkicahan istiqamətindən Turşsu meşələrini keçməklə Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinin ərazisinə daxil olur, oradan Gorusun Kornidzor kəndinə keçir; Həkəri çayı üzərindən salınan körpü də yeni marşruta daxildir.

Kiçik Qaladərəsi və Böyük Qaladərəsində yaşayan ermənilər Laçın şəhərinin Azərbaycanın nəzarətə keçməsindən narahatdırlar. Kəndlərin qondarma "rəhbərləri” deyir ki, bu, əkin və otlaq sahələrini böyük ölçüdə itirmələri ilə nəticələnəcək.

Məlumatlara görə, Laçın dəhlizinin yeni marşrutu mövcud yolla müqayisədə daha əlverişsizdir.

Oxşar xəbərlər