Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində sakinlərlə görüşüblər.
	
Görüş zamanı kənd sakini olan yaşlı qadın Prezidentdən xahiş edib.
	
Yaşlı qadın: Allah canınızı sağ eləsin. Sizdən bircə xahişim var. Mənim oğlum rəhmətə gedib, mənim olduğum otağı verirəm ölən oğlumun yoldaşına, təşkil edəsiniz.
	
Prezident İlham Əliyev: Mehriban xanım nə lazımdırsa, onu həll edər.
	
Qadın sakin: Oğlu rəhmətə gedib. İstəyir ki, onun oğlu, uşağı, ailəsi buna yaxın olsun.
	
Prezident İlham Əliyev: Gəlsinlər buraya?
 
	
Sakin: Hə, gəlsinlər buraya yaxın olsun.
	
Prezident İlham Əliyev: Gəlsinlər, əlbəttə.
	
Mehriban xanım Əliyeva: Onlar indi haradadırlar?
	
Sakin: Xırdalanda.
	
Prezident İlham Əliyev: Onlar, əlbəttə, gələcəklər. Yəni, bütün zabuxlular gələcək. Nənənin yaxın qohumları da gələcək yəqin ki, bir müddətdən sonra. Xahişi odur ki, onların da yeri ona yaxın olsun. Onu təşkil edərsiniz.
	
Rövşən Rzayev: Baş üstə.
	
             
            
Şərhlər