Dünya 22:18 23.01.2023

Lavrov: "Qərbin Rusiyaya qarşı müharibəsi artıq hibrid deyil, realdır"

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ölkəsinun Qərb dövlətləri ilə hibrid müharibəsi demək olar ki, real olub. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, o, bunu Cənubi Afrikanın xarici işlər naziri Naledi Pandorla danışıqlardan sonra deyib .

"Biz orada, Ukraynada baş verənlərdən danışarkən, bunun artıq hibrid müharibə deyil, Qərbin uzun müddət Rusiyaya qarşı hazırladığı, məhv etməyə çalışdığı, demək olar ki, real müharibə olmasından danışırıq. Rus olan hər şey məhv edilir: dildən tutmuş mədəniyyətə qədər. Bu, əsrlər boyu Ukraynada olub və insanlara öz ana dilində danışmaq qadağan edilir”, deyə Lavrov mətbuat konfransında bildirib.

Nazir həmçinin bəyan edib ki, Ukraynanın həm keçmiş, həm də indiki prezidenti sülh şüarları altında seçilib, lakin "bir anda, seçkidən dərhal sonra onlar müharibə prezidentlərinə, rusofob prezidentlərə çevriliblər”.

Xatırladaq ki, yanvarın 18-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ölkəsinin Ukraynadakı hərbi əməliyyatı Qərbin başlatdığı "hibrid müharibə”yə cavab olduğunu bildirib. Bundan əlavə, president Vladimir Putin iddia edir ki, Rusiya "müharibəni dayandırmaq” üçün hərbi əməliyyata başlayıb.

Nizami Bağırov