Dünya 17:46 02.02.2023

Lavrovdan ikibaşlı açıqlama: “növbəti Ukrayna” Moldova ola bilər

Qərb Moldovanı "növbəti Ukrayna” rolunda "nəzərdən keçirir". 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Rossiya 24” telekanalına və "RİA Novosti”yə müsahibəsində bildirib.

O, Rusiyanın ətrafındakı dövlətlərdən hansının "Ukrayna yolu ilə gedə biləcəyi” sualına münasibət bildirib.

Lavrovun sözlərinə görə, Moldovaya prezident Maia Sandu rəhbərlik edir, o, "özü NATO-ya qoşulmağa can atır”. "Onun Rumıniya vətəndaşlığı var, o, Rumıniya ilə birləşməyə hazırdır və ümumiyyətlə, demək olar ki, hər şeyə hazırdır", - rusiyalı diplomat deyib.
 
Alpər