Ölkə 23:09 22.07.2022

Lənkəranda 40 yaşlı qadın naməlum şəraitdə itkin düşdü

Lənkəranda 40 yaşlı qadın naməlum şəraitdə itkin düşüb.

Qaynarinfo FHN-ə istinadən xəbər verir ki, Tükəvilə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimova Fəxriyyə Söhbət qızının axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.