Foto 17:48 05.03.2023

Lerikdə şəhid anaları və xanımları üçün tədbir keçirildi

Lerik rayonunda  8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid analarının, xanımlarının şərəfinə tədbir keçirilib.
 
Lerik rayonundan olan xeyriyyəçi iş adamı Zaur Azad oğlu Nəzərovun dəstəyi ilə "Relax" mərkəzində keçirilən tədbirə şəhid anaları, bacıları, xanımları dəvət olunub.
 
Azərbaycan Respublikasının dövlət himninin oxunuşu və şəhidlərin ruhuna sayğı duruşu ilə başlayan tədbiri giriş sözü rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov açıb. Daha sonra şəhid analarına və digər qonaqlara söz verilib. Musiqi və rəqs nömrələri ilə davam edən tədbir şəhid ailəsindən olan xanımlara qazilərin hədiyyələr təqdim etməsi ilə başa çatıb.  

Həmin gün az da olsa, qəlbidağlı anaların könlünü xoş etmək, onlara  bayram sevinci yaşatmaq mümkün oldu. Şəhid ailələrini daim diqqətdə saxlayan, onlara hər cür dəstək olan xeyriyyəçi soydaşımız  Zaur Nəzərovun bu əməli də  yaddaşlarda dərin iz buraxacaq.
Şəhidlərin ruhunu qürur və ehtiramla anırıq...