Ölkə 09:34 05.09.2022

Lerikdəki qəzada ölənlərdən ikisi bacı imiş - Biri isə yaralıdır

Dünən Lerikdə baş verən qəzada dünyasını dəyişən qadınlardan ikisi bacı imiş.

Qaynarinfo-nun məlumatına görə, Ağayeva Təcrübə Ağababa qızı və Rzayeva Səmayə Ağababa qızı bacıdır. Onların daha bir bacısı - İbrahimova Əsmət Ağababa qızı isə hazırda Lənkəran Mərkəzi Xəstəxanasında müalicə alır.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nizami Hüseynov Qaynarinfo-ya bildirib ki, qəzada həlak olanlardan biri dəfn edilib. Digərləri bu gün dəfn ediləcəklər. 

Qeyd edək ki, dünən saat 15:20 radələrində Lerik rayonun Günəşli kəndi ərazisində "Mersedes” markalı mikroavtobus sərt döngədə idarəetməni itirərək yol kənarında aşıb. Nəticədə 8 nəfər həlak olub, 8 nəfər isə (7-si qadın, 1-i kişi) xəstəxanaya yerləşdirilib.

Əhməd