Dünya 13:56 29.03.2023

Lerikin 30 kəndində telefon və internet işləmir - RİH səbəbi açıqladı

Lerik rayonunun Osyodərə, Züvüç və Şingədulan ərazi icra nümayəndəliklərinə daxil olan 30-a yaxın kənddə telefon rabitəsi və internet dayanıb. 

Bu barədə Qaynarinfo-ya rayon sakinləri bildirib. Onların hadisənin səbəbini bilmir. 

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Qaynarinfo-ya xəbəri təsdiqləyib: "Bəli, hazırda həmin ərazidə telefon və internet işləmir. Tikinti-quraşdırma işləri aparılarkən kabel zədələnib”.

Habil Məlikov əlavə edib ki, tezliklə problem aradan qaldırılacaq: "Artıq Lənkərandan briqada gəlir. Tezliklə problem aradan qaldırılacaq”.

Seyid