Litva Türkiyə ilə Ukrayna üçün "Bayraktar” pilotsuz təyyarəsinin alınması haqqında saziş imzalayıb.
Qaynarinfo bu barədə "Ukrinform"a istinadən xəbər
verir.
Litvanın Milli Müdafiə naziri Arvidas Anusauskas Türkiyə tərəfi ilə Ukrayna ordusunun ehtiyacları üçün "Bayraktar” pilotsuz təyyarəsinin alınmasına dair sazişin imzalandığını təsdiq edib.
"Bu gün Türkiyədə Müdafiə Agentliyinin prezidenti İsmayıl Dəmir ilə Litva Milli Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu razılaşma "Bayraktar” almaq üçün yol açır", - deyə Anusauskas yazıb.
Müdafiə nazirinin sözlərinə görə, cəmi üç gün ərzində Litva vətəndaşları Ukrayna ordusunun ehtiyacları üçün pilotsuz uçan aparatın alınması məqsədiylə 6 milyon avroya yaxın vəsait toplayıblar.
Ukrinform-un xəbərinə görə, mayın sonunda Litva telekanalı Laisvelis TV Ukrayna üçün "Bayraktar” pilotsuz təyyarəsinin alınmasına vəsait yığmağa başlayıb. Əvvəlcə kampaniyanın məqsədi üç həftə ərzində lazımi məbləği toplamaq olub. Lakin litvalılar bunun öhdəsindən daha tez gəliblər.
M.Arif
Şərhlər