Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə iyulun 4-də Londonda gənc azərbaycanlı rəssamların sərgisi açılacaq.
Qaynarinfo xəbər verir ki, 22 gənc rəssamın iştirak etdiyi sərgidə 56 rəsm əsəri nümayiş olunacaq. Sərgi Londondakı Yunis Əmrə İnstitutunun Mədəniyyət Mərkəzində keçiriləcək.
Qeyd edək ki, sərgi iyulun 8-dək ziyarətçilər üçün açıq olacaq.
Şərhlər