Dünya 18:10 11.05.2023

Lukaşenko Moskvada zəhərlənə bilər (İDDİA)

Mayın 9-da Moskvada keçirilən paradda Belarus prezidenti Aleksandr Lukaşenkonun qəribə davranışından sonra onun zəhərlənə biləcəyi barədə xəbərlər yayılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazır.

O, bir neçə yüz metr yeriyə bilməyib və müttəfiqi Rusiya prezidenti Vladimir Putinlə səhər yeməyinə gəlməyib.
 
"Aleksandr Lukaşenkonun şəriki Vladimir Putin və onun yüksək təhlükəsizlik komandası ilə birlikdə qatıldığı parad zamanı zəhərlənə biləcəyi barədə şayiələr gəzir”, məqalədə deyilir.

Vurğulanır ki, Putinin Qələbə günü çıxışı zamanı "əsrin az qala dörddə birində hakimiyyətdə olan 68 yaşlı Belarus prezidenti ağır xəstə görünürdü”.

Belaruslu politoloq və "Kyiv Post"un jurnalisti Dmitri Bolkunets öz "Twitter" səhifəsində Belarus diktatorunun zəhərlənə biləcəyini bildirib, lakin əlavə edib ki, "avtokrat son bir neçə gündə bir neçə dəfə xəstə görünüb”.

Xüsusən də Qırmızı Meydanda Putinlə bir neçə yüz metr gedə bilməyib. Rusiya prezidentinin çıxışı zamanı Lukaşenkonun əlinin sarğılı olması da diqqət çəkib.

"Video onun Putinə, daha sonra isə Rusiya təhlükəsizlik xidməti əməkdaşına Kreml rəhbəri və keçmiş sovet respublikalarının digər rəhbərləri ilə Naməlum əsgərin məzarına aparılması üçün avtomaşın ayrılması məqsədikə yalvardığı anı əks etdirir”, məqalə müəllifi yazır. 

"Bundan sonra Putin Lukaşenkonun avtomaşınla daşınmasını əmr edib və digər ölkələrin liderləri buna görə gözləməli olublar", "Mirror" iddia edir.

İddiaya görə, sonra Belarus lideri sağlam görünüşlü 70 yaşlı Putinin yanında Aleksandr bağından keçərkən yöndəmsiz göründü və digər liderlərlə birlikdə abidəyə gül dəstələri qoymaq üçün əyilə bilmədi. Bundan sonra o, hava limanına gedib (təcili yardım maşınının müşayiəti ilə) və Putinin paraddansonrakı "qeyri-rəsmi səhər yeməyi”ni buraxaraq paytaxtı Minskə uçub.

"Mirror” onu da qeyd edir ki, xəbərlərə görə, Lukaşenko Putindən "tibbi səbəblərə görə” Moskvaya gəlməməsi üçün "yalvarıb”. Lakin Belarus iqtisadiyyatını dəstəkləyən və Ukraynanın işğalı ilə özünü tamamilə təcrid olunmadığını göstərmək istəyən Putin onun gəlişində israr edib. 

Nizami Bağırov