Dünya 15:07 31.03.2023

Lukaşenko Ukraynada atəşkəsə çağırdı: “Nə qədər ki, rus arabası işə düşməyib...”

Belarus prezidenti Aleksandr Lukaşenko Milli Məclisə müraciəti zamanı Moskva ilə Kiyev arasında danışıqların lehinə danışıb, həmçinin Ukraynada atəşkəs elan edilməsini və hərbi əməliyyatların dayandırılmasını təklif edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

"Döyüşün dayandırılmasını təklif etmək üçün risk etməyə çalışacağam. Qoşun qruplarının yerdəyişməsi, silah və texnikanın köçürülməsi hüququ olmadan atəşkəs elan etmək. Əgər Qərb bu vaxtdan yenə aldatma üçün istifadə etsə, o zaman Rusiya ordunun bütün gücündən - həm tükənmiş uranın, həm də zənginləşdirilmiş uranın gücündən istifadə etməyə məcbur olacaq. Hərbçilər mənin nə dediyimi başa düşəcəklər”, - Lukaşenko bildirib.

Onun sözlərinə görə, ərazi və bərpa da daxil olmaqla bütün məsələlər danışıqlar masası arxasında və ilkin şərt olmadan həll edilməlidir.

O, Kiyevin Moskva ilə dialoqdan imtina etmək qərarını tənqid edib. "Öz aramızdır, bu, sadəcə gülüncdür" deyən Lukaşenko Ukrayna prezidenti Vladimir Zelenskinin sülh danışıqlarını özünə qadağan etdiyini deyib.

Belarus prezidenti qeyd edib ki, əgər Rusiya hərbi-sənaye kompleksi "tam gücü ilə işə düşərsə, sülhdən danışmaq çətin olacaq”. "İşə düşəcək bu rus arabasının təkcə ətaləti çox şey deməkdir. Odur ki, hələ də gec deyil”, - deyə o bildirib.

Alpər