Dünya 17:23 26.03.2024

Makron Braziliya prezidentinin mövqeyini dəyişdirməyə çalışacaq - "Bloomberg"

Çərşənbə axşamı, martın 26-da Fransa prezidenti Emmanuel Makron Braziliyaya üç günlük səfərə başlayır və bu səfər zamanı ölkə lideri Lula da Silvanı Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı müəyyən mövqe tutmağa inandırmağa çalışacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.

Qeyd olunur ki, Braziliya prezidenti indiyədək öz ölkəsini həm Rusiya, həm də Ukrayna ilə neytral mövqe tutmağa çalışıb.

Öz növbəsində, Lula Makrondan Aİ-nin Cənubi Amerika ittifaqı olan "Mercosur” ilə azad ticarət sazişinə qarşı çıxmasına son qoymasını istəyir. Fransa rəsmiləri deyirlər ki, Makron Braziliyanı inkişaf edən ölkələr arasında "əsas oyunçu” kimi görür. Bunun səbəbi, Braziliyanın dünyanın ən böyük iqtisadiyyatlarının əksəriyyətinin daxil olduğu G20-yə sədrlik etməsidir.

Rəsmilər bildirirlər ki, Makron Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Lula ilə fikir ayrılıqlarının azaldıla biləcəyini təxmin edir, baxmayaraq ki, Braziliya "bu müharibədə hər iki tərəfin günahkar olduğuna” əmindir.

"Bloomberg" yazır ki, Lula ABŞ və Aİ strategiyasının danışıqlar yolu ilə müharibəyə son qoymaq perspektivini sarsıtdığını əsas gətirərək, dəfələrlə Ukraynaya silah verməkdən imtina edib.

Qeyd edə ki, 2023-cü ilin dekabrında Ukrayna prezidenti Volodimir Zelenski Xavyer Milinin andiçmə mərasimi üçün Argentinaya səfəri zamanı Braziliyada dayanıb və ölkə prezidenti Lula da Silva ilə görüş istəyib, lakin o, bundan imtina edib.

Nizami Bağırov