Xəbər lenti

Makron:
Dünya 19:23 05.05.2024

Makron: "Rusiya raketlərinin uçuş məsafəsi Avropanı risk altında qoyur"

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Rusiya ballistik raketlərinin imkanları və uçuş məsafəsi Avropa ölkələrini təhlükə altına qoyur. 

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu barədə "La Tribune" nəşrinə müsahibəsində bildirib.

"Ukraynada avropalıların təhlükəsizliyi təhlükə altındadır, çünki o, bizim sərhədlərimizdən 1,5 min km aralıda yerləşir. Rusiya qalib gəlsə, növbəti saniyədə nə Rumıniyada, nə Polşada, nə Litvada, nə də bizdə təhlükəsizlik olmayacaq. Rusiya ballistik raketlərinin gücü və mənzili hamımızı risk altında qoyur", deyə Makron qeyd edib.

Fransa prezidenti Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib:

"Rusiya ilə danışıqlar üçün qapını açıq qoymaqla düzgün iş görürük. Əks halda biz beynəlxalq nizamdan, buna görə də sülh və təhlükəsizlikdən imtina etmiş olarıq".

Eyni zamanda, Makron Rusiyaya qarşı "strateji qeyri-müəyyənlik" siyasətini davam etdirdiyini açıqlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->