İdman 12:26 14.01.2024

Maradonanın oğlu: "Atamı öldürdülər"

Əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu kiçik Dieqo Armando Maradona atasının öldürüldüyünü bildirib.

Qaynarinfo bu barədə "Marca"ya istinadən xəbər verir.

"Biz Argentina ədalətinə inanırıq. Atamı öldürdülər. Bunu kimin etdiyini demək mənim işim deyil. Mənim bu mövzuda öz fikirlərim var, lakin onları səsləndirə bilmərəm. Onu taleyin ümidinə buraxdılar, halbuki nəsə etmək olardı. Mən söz vermişəm: həyatımın son gününə qədər ədalət uğrunda mübarizə aparacağam", deyə Maradonanın oğlu bildirib.

Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. 1984-1991-ci illərdə argentinalı "Napoli"də çıxış edən argentinalı ikiqat İtaliya çempionu olub. O, həmçinin "Argentinos Xuniors", "Boca Xuniors", "Barselona", ​"​Sevilya və "Newell's Old Boys" klublarında oynayıb. Maradona DÇ-2010-da Argentina millisini 1/4 finala çıxarıb.

O, Argentina millisinin heyətində 91 matçda iştirak edib, 34 qol vurub. 1986-cı il Dünya çempionatında Maradona turnirin ən yaxşı oyunçusu seçilib. Növbəti Dünya çempionatında forvard yarışın gümüş mükafatçısı olub.

Aydın