Ölkə 12:47 20.11.2022

Masallıda şəhidin adını daşıyan məktəb yararsız vəziyyətdədir (FOTO/VİDEO)

Masallı rayonu, Tüklə kəndində yerləşən şəhid Əli İbadov adına tam orta məktəbin binası yararsız vəziyyətdədir.

Bu barədə Qaynarinfo-ya kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, məktəbin əksər sinif otaqlarında anisanitariya vəziyyəti hökm sürür. Təhsil müəssisədə tavan və döşəmələr yarasız hala düşüb. Tavan və divarın sanitar norma və qaydalara uyğun olmadığı məktəbdə müəllimlər uşaqlara çətinliklə dərs keçirlər. 



Qışın gəlişi ilə məktəbdə çətinliklər də artıb. 40 ildən çoxdur ki, təmir olunmayan məktəbin istilik sistemi yoxdur. Divar, pəncərə və qapıların deşik olduğu siniflər odunla qızdırılır. Bu səbəbdən nə valideynlər uşaqlarını məktəbə göndərmək, nə də uşaqlar məktəbə getmək istəyir.



Məktəbin xalq şairi Səməd Vurğunun adına olan muzeyi də yarasız hala düşüb. 

Qeyd edək ki, muzeyin açılışını vaxtı ilə Səməd Vurğunun qızı, Əməkdar mədəniyyət işçisi, mərhum Aybəniz Vəkilova edibmiş.

Əhməd