Dünya 10:43 03.01.2024

Mask bəşəriyyətin ən böyük problemindən danışdı

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask bəşəriyyətin ən ciddi problemini açıqlayıb. Amerikalı milyarderin fikrincə, bu, demoqrafik çöküşdür.

Qaynarinfo xəbər verir ki, X sosial şəbəkəsində iş adamı bir istifadəçinin bəzi ölkələrdə rekord aşağı doğum səviyyəsinin qeydə alındığı barədə məlumatını belə şərh edib. Mask bunu bəşəriyyətin ən böyük problemi adlandırıb.

Daha əvvəl Mask 2024-cü il üçün proqnoz vermiş, bu ilin əvvəlkilərdən daha qaynar olacağını söyləmişdi. Bundan əlavə, o, bu yaxınlarda bildirib ki, yadplanetlilərin varlığına dair heç bir dəlil yoxdur.

Alpər