Xəbər lenti

Maskın “Neuralink” şirkəti ikinci xəstənin beyninə uğurla çip yerləşdirdi
Dünya 14:38 05.08.2024

Maskın “Neuralink” şirkəti ikinci xəstənin beyninə uğurla çip yerləşdirdi

Milyarder İlon Maska məxsus "Neuralink” şirkəti ikinci xəstənin beyninə öz çipini müvəffəqiyyətlə yerləşdirib.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

"Neuralink” hazırda öz implantını sınaqdan keçirmək mərhələsindədir. Çipi alan ilk xəstə cihaz sayəsində video oyunlar oynaya, internetdə "gəzə”, sosial şəbəkələrdə yaza və kursoru noutbukda hərəkət etdirə bilir.

Mask isə öz növbəsində eksperimentin ikinci iştirakçısı ilə bağlı o qədər də çox təfərrüat açıqlamayıb. Bir o məlumdur ki, bu xəstə də birincisi kimi onurğa sinirindən zədə alıb. Milyarder ikinci xəstənin beynindəki implantın 400 elektrodunun işlədiyini bildirib. Eyni zamanda "Neuralink” saytı qeyd edir ki, çipdə 1024 elektrod var.

"Göz dəyməsin, amma deyəsən, ikinci implantla hər şey çox yaxşı gedir. Çoxlu siqnal, çoxlu elektrod var. O, çox yaxşı işləyir", - Mask çıxışların birində deyib. 
Milyarder, həmçinin ilin sonuna qədər "Neuralink”in daha səkkiz xəstəyə çip implantasiya edəcəyini gözləyir.

Qeyd edək ki, "Neuralink” 2016-cı ildə Mask tərəfindən qurulan neyrotexnologiya şirkətidir. Şirkətin əsas məqsədi insanların kompüter və digər elektron cihazlarla birbaşa beyin fəaliyyəti vasitəsilə qarşılıqlı əlaqədə olmasına imkan verəcək beyin-kompüter interfeysini hazırlamaqdır.

İlk klinik sınaqda iştirak etməyə razılıq verən xəstə ağır iflicdir. Bu şəxs sinir implantının təhlükəsizliyini və effektivliyini yoxlamaq üçün tədqiqatda iştirak etmək üçün könüllü olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->