Xəbər lenti

Ekonomiks 19:52 15.01.2026

"Med Corporation"un külli miqdarda vergi borcu var

"Med Corporation" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 100.769,74 AZN vergi bocu var. 

Qeyd edək ki, nizamnamə kapitalı 6074180 manat olan "Med Corporation" MMC-nin qanuni təmsilçisi Cəfərli Abdulla Həmdi oğludur. "Med Corporation” MMC-nin tərkibində "Avrasiya” Hospitalı fəaliyyət göstərir.

Aydın
--> -->