Sənət 17:02 08.12.2022

Mədəniyyət Nazirliyinin Kukla Teatrında apardığı yoxlamanın səbəbi üzə çıxır...

Bu gün saat 18:00-da Kukla Teatrında mətbuat konfransı keçiriləcək.

Bunu Qaynarinfo-ya açıqlamasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədov Mədəniyyət Nazirliyinin apardığı yoxlamalara aydınlıq gətirərkən deyil. Rəşad Əhmədov bildirib ki, nazirliyin apardığı yoxlamanın bitib-bitməməsini gözləməyə əsas qalmadı:

"Yoxlamanın nə üçün aparıldığını və kimlərdən tapşırıq aldığını bilirəm”.

Xatırladaq ki, iki həftə əvvəl teatrın rejissoru Səidə Haqverdiyeva Qaynarinfo-ya açıqlamasında Mədəniyyət Nazirliyini tənqid edib. ondan sonra Mədəniyyət Nazirliyi Kukla Teatrında yoxlamalara başlayıb. 

Bahar Rüstəmli