Dünya 12:00 15.03.2024

Məhkəmə Trampın məxfi sənədlərlə bağlı işə xitam verilməsinə dair xahişini rədd etdi

Cümə axşamı, martın 14-də federal hakim Donald Trampın məxfi sənədlərin qanunsuz saxlanması ittihamı ilə cinayət işinə xitam vermək xahişini rədd edib.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

Florida ştatının hakimi Aylin Kennon qərarını, vəkillərinin işin əsas ittihamının çox qeyri-müəyyən olduğunu iddia etdiyi dinləmədən bir neçə saat sonra açıqlayıb. 
Bu vəzifəyə Tramp tərəfindən təyin edilmiş hakim Kennon məsələnin "ciddi nəzərdən keçirilməsinə layiq" olduğunu bildirib. Federal hakim iş üzrə məhkəmə iclasını 20 may 2024-cü il tarixinə təyin edib.

Xatırladaq ki, 2022-ci ilin avqustunda FTB Trampın Mar-a-Laqo malikanəsində "məxfi” kimi təsnif edilən bir sıra sənədlər aşkar edib. Həmin sənədlər ABŞ prezidenti vəzifəsindən getdikdən sonra Milli Arxivə təhvil verməli idi. Xüsusilə, Tramp İranla bağlı məxfi sənədə çıxışının olduğunu etiraf edib.

2023-cü il iyunun 9-da ABŞ Prokurorluğu keçmiş prezidentə məxfi sənədlərin düzgün saxlanılmaması ilə bağlı 37 maddə üzrə ittiham irəli sürüb. Tramp günahını etiraf etməyib.

Nizami Bağırov