Siyasət 10:05 09.05.2023

Mehriban Əliyeva Qələbə Günü ilə bağlı paylaşım etdi (FOTO)

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 9 May faşizm üzərində Qələbə günü ilə bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, paylaşımda deyilir:

"Faşizm üzərində Qələbə günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram".