İdman 13:14 26.09.2022

Məşhur məşqçi: "Ronaldonun "Real"a transferi səhv addım idi"

Məşhur italiyalı məşqçi Fabio Kapello o vaxt "İnter"dən 45 milyon avroya "Real"a transfer olunan Ronaldo Nazariodan danışıb.

Qaynarinfo xəbər verir ki, mütəxəssis "Dello Sport Festival"ındakı açıqlamasında "Real"ı idarə etmək böyük məsuliyyətdir. İkinci dönəmimdə Ronaldonu göndərmək və onun yerinə komandaya qələbə ruhu gətirən Kassanonu saxlamaq qərarına gəldik. Həmin gün verdiyim qərarla hələ də fəxr edirəm" - deyib.

Kapellonun ümumiyyətlə Ronaldonun "Real"a transferinin yanlış olduğunu da bildirib: "Silvio Berluskoninin Ronaldonun vəziyyəti ilə bağlı məndən soruşduğunu xatırlayıram. Mən Berluskoniyə dedim ki, o, heç məşq etmir, fikri yalnız qadınlar və şənliklərdədir. Dedim ki, onunla müqavilə imzalamaq səhv olar. Növbəti gün qəzetdə yazıldı ki, "Milan" Ronaldo ilə müqqavilə imzalayıb. Oxudum, həqiqətən gülməli idi".

Ronaldo 2007-ci ildə 7,5 milyon avroya "Real"dan "Milan"a keçib.

Səbuhi Həsənov