İdman 17:34 22.01.2024

Messi ilə millinin baş məşqçisi arasında münaqişə - Komandadan gedəcək

Argentina millisinin kapitanı Lionel Messi ilə komandanın baş məşqçi Lionel Skaloni arasında münaqişə yaranıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Şerkisa Bialo məlumat verib.

Onun sözlərinə görə, futbolçu ilə baş məşqçi arasında münaqişə 2026-cı il dünya çempionatının seçmə mərhələsində Uruqvayla oyundan əvvəl baş verob. Milli komandanın futbolçularının özəl məclisdə iştirak etməsi ilə bağlı şayiələr yayıldıqdan sonra anlaşılmazlıq daha da şiddətlənib.

Baş məşqçi vacib seçmə oyun öncəsi futbolçularının davranışından narazı qalıb və 2024-cü ilin yayında Amerika Kubokundan sonra Argentina millisini tərk edəcəyini açıqlayıb.

Argentina millisi seçmə turnirdə keçirdiyi 6 oyundan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir. 

Aydın