İdman 16:16 14.12.2022

Messi Xorvatiya ilə oyundan sonra: "Argentinanın əsas favorit olmadığını bilirdik"

Argentina millisinin kapitanı Lionel Messi 2022-ci il Dünya çempionatının finalına çıxmaq haqda danışıb.

Qaynarinfo bu haqda Sports.ru-ya istinadla xəbər verir.

"Əsas favorit olmadığımızı bilirdik, amma heç kimə heç nəyi güzəştə getmək fikrində deyildik və bunu hər matçda göstərdik.

Xorvatiyanın topa çox sahib olacağını bilirdik, çox yaxşı yarımmüdafiə xətləri var. Amma yaxşı hazırlaşmışdıq. Bizim oyunu oxuya bilən çox ağıllı oyunçularımız var.

Skaloni bizə dedi: "Onlar dözmək lazım olanda dözməyi, topu özlərində saxlamaq lazım olanda isə necə saxlamağı bilirlər". Heç nəyi şansa buraxmayan çox yaxşı məşqçi heyətimiz var”, - Messi vurğulayıb.

Alpər