İdman 12:03 25.09.2022

Milli komandamız Millətlər Liqasında son oyununa çıxır

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Qaynarinfo xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv C Divizionunun 3-cü qrupunun VI turunda Qazaxıstan yığmasını qəbul edəcək. "Dalğa Arena"dakı qarşılaşma saat 20.00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.

Hazırda 13 xalı olan qonaqlar B Liqası və pley-offa vəsiqəni təmin edib. Azərbaycan seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb. Xal durumu: Qazaxıstan - 13, Azərbaycan - 7, Slovakiya 6 xalla qrupda üçüncü, Belarus 2 xalla sonuncudur. Bu qrupun digər oyununda Belarus Slovakiyanın qonağı olacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur

24 sentyabr
20.00 Azərbaycan - Qazaxıstan
Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya).
Bakı, "Dalğa Arena" stadionu.