İdman 14:46 26.09.2022

Millimizin yeni baş məşqçisinin adı açıqlandı

Taekvondo üzrə Azərbaycan milli komandasında baş məşqçi dəyişikliyi olub.
 
Azərbaycan Taekvondo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə yeniyetmələrdən ibarət yığma Rəşad Məmmədova həvalə edilib. 

O, bu postda Elnur Amanovu əvəzləyib. Amanov isə fəaliyyətini Reza Mehmandoustun rəhbərlik etdiyi kişilərdən ibarət millinin məşqçilər korpusunda davam etdirəcək. 45 yaşlı mütəxəssis komandada böyük məşqçi funksiyasını yerinə yetirəcək. 
 
Yeniyetmələrdən ibarət yığmada Vurğun Cəfərov əvvəl olduğu kimi, yenə böyük məşqçi kimi çalışacaq.
 
Səbuhi Həsənov