Dünya 17:36 11.06.2022

Milyarder Rusiya vətəndaşlığından imtina etdi

"Freedom Finance” investisiya şirkətinin təsisçisi Timur Turlov Rusiya vətəndaşlığından imtina edib.

Qaynarinfo "Forbes”ə istinadən xəbər verir ki, milyarderin bu addımına səbəb Qazaxıstanda ikili vətəndaşlığa icazə verilməməsidir. Buna görə biznesmen tək Rusiya yox, həm də Karib hövzəsindəki Sent Kits və Nevis ştatının pasportundan da imtina edib.

Qeyd edək ki, "Freedom Finance” ABŞ-da qiymətli kağızlar bazarında ixtisaslaşan və Qazaxıstan və Rusiyada broker, depozitar və diller xidmətləri göstərən şirkətlərdən biridir.