Ölkə 23:20 07.08.2021

Mingəçevir su anbarında köməksiz qalanlar xilas edildi

Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında qayıqda köməksiz qalanlar xilas edilib.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri yaxınlığında, Mingəçevir su anbarında 3 nəfərin qayıqda köməksiz vəziyyətdə qalması (hava şəraitinin pisləşməsi və suyun dalğalı olması ilə əlaqədar olaraq) barədə məlumat daxil olub.

Xilasetmə məntəqəsindən təxminən 5 km aralı, nəzarətsiz ərazidə içərisində 3 nəfərin olduğu qayıq Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən yedəyə alınaraq sahilə çıxarılıb.