Dünya 10:42 11.01.2023

Minlərlə qurban verilir, Çin məğlub olur  - Tayvan üçün hipotetik döyüş senarisi

Çinin Tayvana qarşı hipotetik hücum cəhdi tezliklə uğursuzluğa düçar olacaq, lakin adanın müdafiəçiləri, eləcə də onun müttəfiqləri olan ABŞ və Yaponiya təcavüzü dəf etməkdə əhəmiyyətli itkilərə məruz qalacaqlar.

Qaynarinfo CNN"Bloomberg"ə istinadən xəbər verir ki, bu nəticəyə ABŞ-ın CSIS beyin mərkəzi Tayvan boğazında mümkün münaqişəni simulyasiya edən 24 hərbi oyundan istifadə edərək gəlib. 

"Hərbi oyunlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan generalları və zabitləri, həmçinin Pentaqonun keçmiş rəsmiləri iştirak ediblər.
Nəzərdən keçirilən ssenarilərin əksəriyyətində ABŞ Hərbi Dəniz Qüvvələri iki təyyarədaşıyan gəmisini və 10-20 döyüş gəmisini itirir. Üç həftəlik döyüşlərdə ölənlərin sayı 3200 əsgər olacaq - İraq və Əfqanıstanda iyirmi illik döyüşlərdə ABŞ itkilərinin təxminən yarısı.

Çin də ağır zərbə alacaq. Onun donanması və desant-həmlə qoşunları məhv ediləcək. On minlərlə əsgər əsir düşəcək. Simulyasiyalar göstərir ki, Tayvanı ələ keçirmək cəhdi Çinə təxminən 10.000 ölü, 155 döyüş təyyarəsi və 138 böyük gəmi bahasına başa gələcək.

Yaponiya 100-dən çox döyüş təyyarəsi və 26 döyüş gəmisini itirəcək, Çin onun ərazisindəki ABŞ hərbi bazalarına hücum edəcək", deyə hesabatda qeyd edilir.

Tayvan ordusu təxminən 3500 adamını və bütün donanmasını itirəcək və adanın iqtisadiyyatı məhv olacaq.

CSIS analitikləri Çinin Tayvanı ələ keçirməsinə mane olacaq dörd əsas şərt müəyyən ediblər:

- Tayvan qoşunları müqavimət göstərməlidir;
- ABŞ-ın Yaponiyadakı bazalarına çıxışı olmalıdır;
- ABŞ Çin donanmasına qarşı çox sayda uzun mənzilli gəmi əleyhinə raketlərə malik olmalıdır;
- Birləşmiş Ştatlar Tayvanı müharibə başlamazdan əvvəl silahlandırmalı və dərhal öz qüvvələri ilə oraya daxil olmalıdır.

Əgər Tayvan müttəfiq qüvvələrin gəlişinədək müqaviməti dayandırsa, bütün səylər boşa çıxacaq.

Nizami Bağırov