Dünya 15:26 28.07.2022

Misir Ukrayna şirkətlərinə icazə verdi: “Ləğv edin” - "Reuters"

Misir hakimiyyəti bir sıra Ukrayna şirkətlərinə ötən ilin dekabrında bağlanmış buğda tədarükü müqavilələri üzrə öhdəlikləri ləğv etməyə icazə verib. 

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu barədə Reuters iki mənbəyə əsaslanaraq yazıb.

Agentliyin məlumatına görə, Misirin Malların Təchizatı üzrə Baş İdarəsi (GASC) müqavilələrdə heç bir fors-major bəndinin olmamasına baxmayaraq, Nibulon və Inerco şirkətlərini buğda tədarük etməli olan dörd müqavilə öhdəliklərindən azad edib.

Reuters treyderlərə istinadən qeyd edir ki, 2021-ci ilin dekabrında daşınma xərcləri daxil olmaqla, bir ton üçün 346-360 dollar arasında dəyişən qiymətlərlə dörd partiya buğda alınıb. Eyni zamanda, bu ilin aprelində Misir hər ton üçün təxminən 494,3 dollar ödəyib. Beşinci yük Ukraynanın Çornomorsk limanında ilişib. Liman idarəsindən icazə alındıqdan sonra göndəriləcəyi gözlənilir.
 
Alpər