Dünya 10:48 05.07.2022

Misirdə insanlara köpəkbalığı hücumlarının səbəbi nə ola bilər?

Misirdə insanlara köpək balıqlarının son hücumları yırtıcıların çoxalma mövsümü və yaxınlıqda işləyən qayıqların pərləri ilə bağlı ola bilər. Bu versiya yerli dalğıclar tərəfindən səsləndirilib.

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, dalğıc Məhəmməd Samir ölən qadınları pələng köpəkbalığının parçaladığından əmindir.
 
Eyni zamanda, onun sözlərinə görə, iki amil daha "ölümcül”dür.

İndi pələng köpəkbalıqlarının çoxalma mövsümü başa çatır və onlar dayaz suya girirlər. Bu arada, Hurqhada yaxınlığındakı Saxl-Həşiş laqunası qayıq, kater və yaxtalarla sıx şəkildə doludur. Köpəkbalığı pər və mühərrik səsindən qorxur, qorxudan aqressiya nümayiş etdirir və sözün əsl mənasında hamıya hücum etməyə başlayır.

Ümumiyyətlə, köpəkbalığı insanlara hücum etməyə meylli deyil - bunun üçün bəzi "anomal amillər" olmalıdır, ekspertlər qeyd edir. Onlar faciəvi hadisələrin səbəblərini öyrənmək niyyətindədirlər.

Xatırladaq ki, iyulun 1-də Misirdə köpək balıqları Avstriyanın yaşlı vətəndaşı və Rumıniyadan olan 44 yaşlı turistə ölümcül xəsarətlər yetirib.
 
Alpər