Sənət 14:39 04.07.2023

“Muğam ifaçıları da imtahan verməlidir” - Təklif

"Xanəndələr arasında attestasiya keçirilsə, yəni, filan muğam ifaçısı müəllimliyə yarayır, yoxsa yaramır, mən də daxil olmaqla heç kim müsabiqədən keçə bilməz. Bəziləri var, qoy onların xətirinə dəyməsin, şişiblər, boyunları yoğunlayanlar var. Yəni, onlar da qarışıq attestasiyadan keçə bilməz”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim Qəzənfər Abbasov deyib.

Xanəndə müəllimliyin statusunun tamam fərqli olduğunu qeyd edib: 

"Kim əlinə diplom aldı, gəlib muğam müəllimi  işləyir. Belə olmaz. Müəllim təcrübənin sayəsində  yetişir, cavanlar da işləyib, öyrənib, tətbiq  eləməlidir. Amma bisavad formada yox, hələ indi-indi öyrənirlər ki, filan muğamın ayağı necədir. Əgər Müəllimlər İnstitutu, Bakı Dövlət Universitetindən pedoqoji sahə üzrə imtahan götürülsə öz sahələrindən xanəndələrə sual versələr bilməzlər, hardasa 90%-i ixtisara düşər. Ona görə də bu məsələnin üstü örtülü qalır. Hamısı bisavaddır, səsləri də yoxdur”.

Qəzənfər Abbasov bunun günahını qəbul imtahanlarında görür. "Bisavad uşaqlar gəlir, səsi  yox, amma səsi olan uşaqlar instituta girə bilmir. Bu sahə üzrə 3-5 müəllim var, onların da sözü heç yerə çatmır”. 

Bahar Rüstəmli