Siyasət 09:53 25.06.2022

Mustafa Şentop: "Naxçıvan bağlantısı ilə türkdilli ölkələrin əlaqələrini gücləndirməliyik"

Beynəlxalq Şərq-Qərb Mərkəzi Dəhlizi və Xəzər dənizindən keçməklə Azərbaycan-Naxçıvan nəqliyyat bağlantısı kimi addımlarla əlaqələrimizi daha da sıx birləşdirməliyik. Bu, ölkələrimizin ticarət, nəqliyyat və istehsal mərkəzi kimi yüksəlməsinə yol açacaq, onları bir-birinə daha da yaxınlaşdıracaq.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, TürkPA-ya üzv ölkələr arasında nəqliyyat şəbəkələrinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.