Dünya 13:37 12.11.2023

NASA qadın astronavtları kosmosda alət çantalarını itirdi

NASA-nın iki qadın astronavtı Beynəlxalq Kosmik Stansiyada (ISS) təmir işləri zamanı alət çantasını kosmosda itirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian” nəşri NASA-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, noyabrın 1-də astronavtlar Jasmin Moqbeli və Loral O'Hara ISS günəş panellərini təmir edərkən çanta sürüşərək kosmosa uçub. Hadisə kameralarda müşahidə edilib, bundan sonra NASA obyektin uçuş trayektoriyasını hesablayıb və çantanın ISS ilə toqquşmayacağına qərar verib. Yəni vəziyyət nəzarətdən çıxmayıb.

Nəşrin məlumatına görə, itirilmiş çanta parlaq ağ rəngdədir və onu hətta durbinlə görmək mümkündür. Bunun üçün gecə səmasında ISS-i (üçüncü ən parlaq obyekt) tapmaq və daha yaxından baxmaq lazımdır. Çanta hazırda Yer ətrafında stansiyadan 2-4 dəqiqə qabaqda fırlanır.

Aydın