Dünya 10:22 09.08.2023

NASA rəhbəri Rusiyanı kosmos yarışında iştirak edənlərin siyahısından çıxardı

Yeni kosmos yarışında yalnız ABŞ və Çin iştirak edir. 

Qaynarinfo xəbər verir ki, bunu NASA-nın rəhbəri Bill Nelson "Artemis-2” missiyası çərçivəsində NASA-nın Ayın orbiti üzrə insanlı uçuşa hazırlığına dair brifinqdə deyib.

O, yaxın vaxtlarda Aya astronavt endirmək iqtidarında olmadığını, bu yarışda iştirak etmədiyini bildirərək Rusiyanı siyahıdan çıxarıb.

"Düşünmürəm ki, indi çoxları Rusiyanın Aya kosmonavt endirmək iqtidarında olduğunu deyəcək, bizim və bəlkə də Çinin haqqında danışdığımız terminlərdir, ona görə də düşünürəm ki, kosmik yarış bizimlə Çin arasındadır", - Nelson deyib. O, Çinin Ayın Cənub Qütbünə daha tez çatmasını istəmədiyini də əlavə edib.

Eyni zamanda o, yaxın günlərdə işə salınması planlaşdırılan "Luna-25” avtomatik stansiyasının Rusiya missiyasına uğurlar arzulayıb. Xatırladaq ki, "Roskosmos” avqustun 11-də Rusiyanın demək olar ki, son 50 ildə ilk Ay stansiyası olan "Luna-25” stansiyasını işə salacaq.

Rusiyanın Ay proqramına əsasən, astronavtların Yer peykinə enişi 2030-cu ildən sonra nəzərdə tutulub.

Alpər