Xəbər lenti

Natiq Cəfərli seçkiyə hansı dairədən qatılacaq?
Siyasət 17:10 29.04.2024

Natiq Cəfərli seçkiyə hansı dairədən qatılacaq?

"Milli Məclisə keçiriləcək seçkilərdə hansı dairədən namizədliyimi irəli sürəcəyimə qərar verməmişəm".

Bunu Qaynarinfo-ya  açıqlamasında REAL Partiyasının İcra katibi Natiq Cəfərli deyib. 

O, həmişə namizəd olduğu 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin ləvğ edildiyini vurğulayıb:

"Dəqiq deyə bilərəm ki, namizədliyimi Bakı şəhərindən irəli sürəcəm".

Natiq Cəfərli hazırda hansı dairədən namizədliyini irəli sürəcəyi ilə bağlı araşdırmalar apardığını qeyd edib:

"Yəqin ki, bir müddətdən sonra namizəd olduğum dairəni müəyyən edəcəm".
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->