Dünya 20:41 31.03.2023

NATO əməkdaşlarının “TikTok” yükləməsi qadağan edildi

NATO öz əməkdaşlarına Çin sosial şəbəkə tətbiqi "TikTok”u xidməti cihazlara yükləməyi qadağan edib.

Bu barədə CNN məlumat yayıb.

Televiziyanın məlumatına görə, NATO rəhbərliyi öz əməkdaşlarına bildiriş göndərib.

Bununla da qadağa rəsmiləşib. Əslində daxili texniki məhdudiyyətlər səbəbindən əvvəllər də "TikTok” tətbiqi alyansın cihazlarında istifadə oluna bilməyib.