Dünya 21:59 26.05.2023

NATO Ukraynanın tərəfdaş statusunu qaldırır - Şurası masasında "tam" üzv

NATO üzvləri Ukraynaya üzvlük üçün müraciətinə siyasi dəstəyi nümayiş etdirməli olan yenilənmiş münasibətlər formatını təklif etmək niyyətindədir, lakin üzv olmaq üçün konkret yol xəritəsinin təqdim edilməsi hələ də uzaq perspektivdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euracitiv" yazır.

Nəşr yazır ki, NATO ölkələri Ukrayna-NATO Şurası yaratmaqla öz münasibətlərində Ukraynanın statusunu yüksəltməyə çalışırlar.

Bir neçə alyans diplomatının fikrincə, bu ideya dəstək alıb və münasibətlərin yaxşılaşması üçün siqnal olacaq.

İki NATO diplomatı bunun alyansla Kiyev arasında "siyasi tərəfdaşlığın gücləndirilməsi" yolunda ilk addım olacağını bildirib.

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri gələn həftə Osloda görüşməlidirlər və burada yeni şuranın forması və vaxtını və gələcək üzvlüyünü, həmçinin Ukraynaya əlavə hərbi yardımın zəruriliyini müzakirə edəcəkləri gözlənilir.

Plana görə, Ukrayna Ukrayna-NATO Şurası masasında "tam" üzv olacaq və indi olduğu kimi yalnız müzakirələrə dəvət edilməyəcək.

Nəşr mənbələrə istinadən yazır ki, o zaman ukraynalılar istədikləri vaxt görüşlər təşkil edə biləcəklər və döyüş meydanındakı vəziyyətlə bağlı yenilikləri birbaşa bildirmək daha asan olacaq.

Daha üç mənbə bunun əvvəllər mövcud olmayan geniş spektrli yeni əməkdaşlıq sahələrinə qapı açacağını bildirib.

"Bura daha çox kəşfiyyat məlumatı mübadiləsi və məsləhətləşmələr, birgə təlimlər, müdafiə sənayesinə sərmayələr və Ukraynanın silahlı qüvvələri ilə NATO-ya üzv ölkələr arasında qarşılıqlı fəaliyyət üzrə iş daxil ola bilər ki, bu da Kiyevə NATO kommünikesinə və standartlarına əməl etməyə imkan verəcək”, - məqalədə deyilir.

Nizami Bağırov