Ölkə 11:30 01.03.2024

Naxçıvanda yeni Xidmət rəisi təyin edildi (FOTO)

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Seymur Nazim oğlu Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.