Dünya 10:19 20.01.2023

Nazarbayev xəstəxanaya yerləşdirildi

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev xəstəxanaya yerləşdirilib. 
 
Qaynarinfo MK-ya istinadla xəbər verir ki, bu barədə "Xəbər 24” dövlət kanalının keçmiş direktoru Aleksandr Aksyutits sosial şəbəkələrdə bildirib. Respublikanın keçmiş rəhbəri ürək əməliyyatına hazırlaşır.
  
Onun sözlərinə görə, Nazarbayev hazırda Astanadakı xəstəxanalardan birindədir. O, ürəyin hərtərəfli müayinəsindən keçir.
 
82 yaşlı eks-prezidentin vəziyyəti ilə bağlı rəsmi məlumat hələ daxil olmayıb. RİA Novosti-nin məlumatına görə, Nazarbayevin mətbuat katibi Aidos Ukibay zənglərə cavab vermir.
 
Alpər