Ölkə 10:49 10.08.2022

Nazir yeni rəis təyin etdi (FOTO)

Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Yusubov Azər Namiq oğlu Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bu barədə Qaynarinfo-ya Nazirlikdən məlumat verilib.

Azər Yusubov sonuncu təyinata qədər Şəki Apellyasiya Məhkəməsində baş məsləhətçi-sədrin köməkçisi məsul vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir.