Ölkə 20:17 30.08.2023

Nazirdən yeni təyinat

Mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional idarəsinə yeni rəis təyin olunub.

Əmrə əsasən, bu vəzifəni Nail Surxay oğlu Məmmədov icra edəcək.

Məlumat üçün bildirək ki, N.Məmmədov bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyində və "ASAN Xidmət”də rəhbər vəzifələrdə çalışıb.