İdman 14:46 06.06.2023

"Neftçi" azarkeşlərinə görə cərimələndi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Qaynarinfo-nun məlumatına görə, komitə ölkə kubokunun finalında yol verilən qayda pozuntuları ilə əlaqədar aşağıdakı qərarlar qəbul olunub.
 
Azərbaycan Kubokunun finalı "Neftçi” – "Qəbələ” oyunu bitdikdən sonra "Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşyanın atılmasına görə "Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

03.06.2023-cü il tarixində Azərbaycan Kubokunun finalı "Neftçi” – "Qəbələ” oyununun əlavə vaxtında "Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin işlədilməsinə görə "Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7).
 
Səbuhi Həsənov