Xəbər lenti

İdman 23:29 30.06.2022

"Neftçi" hücumçusu ilə yollarını ayırdı

"Neftçi” klubu futbolçusu Tiaqo Bezerra ilə başa çatan müqaviləni yeniləməyib.

Qaynarinfo-nun məlumatına görə, klub braziliyalı hücumçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "ağ-qaralar"a 2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra 25 oyunda 10 qol vurub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->